Modern.az

Həbsdəki ərinə narkotik keçirmək istədi, yaxalandı

Həbsdəki ərinə narkotik keçirmək istədi, yaxalandı

Aktual

31 Mart 2025, 13:19

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?