Ötən il 357 kq mal, 339 kq qoyun, 293 kq donuz ətinin, 10152 kq daxili orqanların, 452 kq balığın, 2562 kq süd və süd məhsullarının, 723 kq quş ətinin, 49 kq balın və 5247 ədəd yumurtanın istifadə üçün yararsız olduğundan satışdan çıxarılıb. Kənd Təsərrüfatı yanında Dövlət Bayratlıq Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Yolçu Xanvəlinin Modern.az-a verdiyi məlumata görə, həmin məhsullar baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilib. Eləcə də dövlət baytarlıq müfəttişliyi xətti ilə dövlət baytarlıq nəzarətində olan 2 obyektdə baytarlıq-sanitariya vəziyyəti araşdırılıb, qanunvericiliklə müəyyən edilmiş qaydada 955 kq mənşəyi məlum olmayan at əti aşkarlanaraq Bakı heyvanat parkına verilib.
Bundan başqa, 2013-cü il ərzində respublikamıza 2409 ton qaramal əti, 6858 ton camış əti, 12428 ton quş əti, 20069 ton balıq, 1509 ton quş əti sosiskası, 216 ton quş əti kolbasası, 1349 ton donuz əti, 713 ton donuz piyi, 2891 ton quru süd, 7555 ton qatılaşdırılmış süd, 5710 ton mayonez, 12505 ton kərə yağı, 192550522 ədəd damazlıq yumurta, 6778421 baş bir günlük cücə, 4823 ton xama, 65495 kq təbii bal, 3715 ton balıq konservası, 2176 ton it-pişik yemi və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub.
Y. Xanvəlinin sözlərinə görə, həmin məhsullar Respublika Baytarlıq Laboratoriyasında baktereoloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilmiş və qida üçün yararlılığı müəyyən edilərək istifadəyə verilib.
Xidmət sözçüsü bildirib ki, ötən il ölkəyə 1183640 ədəd iribuynuzlu, 12940000 ədəd xırdabuynuzlu heyvan dərisi və dəri tikələri, həmçinin 147131,2 kq mal əti konserv, 93005 kq qoyun bağırsağı, 31900 kq dondurulmuş balıq, 6 baş işlək at, 5795725 kq süd məhsulları, 1332208 kq kərə yağı və s. baytarlıq nəzarətində olan məhsullar ixrac edilib.
Gültəkin ƏLƏSGƏR