
Fransanın keçmiş birinci ledisi Valeri Trierveyler prezident Fransua Ollandın həyatı haqda kitab yazmaq planından danışıb. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Truerveyler etiraf edib ki, onun Ollandla böyük siyasətə və Yelisey sarayındakı yaşayışa fərqli yanaşıblar. Onun fikrincə, əgər hakimiyyət sınağı olmasaydı, onlar cütlük kimi qala bilərdilər. Bununla belə, o qeyd edib ki, birinci ledi kimi böyük həyat təcrübəsi keçib. Trierveyler “Paris Match” nəşrinə müsahibəsində bundan sonra xeyriyyəçilik layihələri ilə məşğul olmaq niyyətini açıqlayıb.
Prezident Fransua Ollan Valeri Trierveylerlə ilə ayrıldığını yanvarın 25-də bəyan edib. Onların münasibətləri 2000-ci ilin ortalarından başlayıb, amma heç vaxt rəsmiləşdirilməyib. Cütlüyün ayrılmasına səbəb Ollandın ona xəyanət etməsi olub. Jurnalistlər müəyyənləşdiriblər ki, prezident gizlicə aktrisa Jyuli Qaye ilə görüşür. Bu xəyanətdən xıbər tutan Trierveyler xəstəxanaya düşüb.
Modern.az