Modern.az

“Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

“Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

30 Yanvar 2014, 17:01

“RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb. Bu haqda Modern.az saytına prokurorluğunu mətbuat xidmətindən məlumat verilib.

Prokurorluqdan bildirilib ki, araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35.0 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB