Modern.az

Xədicə İsmayıl məhkəmədə “Səs”ə uduzdu

Xədicə İsmayıl məhkəmədə “Səs”ə uduzdu

30 Yanvar 2014, 17:10

“Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılovanın ”Səs” qəzetinə qarşı şərəf, ləyaqət və nüfuzun müdafiəsinə dair iddiası məhkəmə prosesi yekunlaşıb. Modern.az-a verilən məlumata görə, jurnalistin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) vəkilləri müdafiə edir. Tənqidçi jurnalistlə “Səs” arasındakı məhkəmə mübahisəsi qəzetdə Xədicə İsmayılovanı aşağılayan məzmunlu məqalələrin nəşr olunması ilə bağlıdır. “Səs” qəzeti müxtəlif vaxtlarda jurnalisti aşağılayan 10 məqalə dərc edib.

Yanvarın 30-da keçirilən məhkəmə iclasında jurnalistin vəkilləri iddianın təmin olunmasını, “Səs”in nümayəndələri isə rədd olunmasını tələb ediblər. Səbail Məhkəməsinin hakimi Rauf Əhmədov hökumətin nəzarətində olan qəzetin xeyrinə qərar qəbul edib.

MHİ-nin hüquqşünasları apelyasiya şikayəti verəcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB