Dünən ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edilib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən plenar iclasında çıxışı zamanı parlamentin sədri Sahibə Qafarova bildirib.
Spiker qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilib:
"Son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulmuşdur. Biz əminik ki, bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır".