Modern.az

Akademiyada doktorantura və dissertanturaya qəbul imtahanları başa çatıb

Akademiyada doktorantura və dissertanturaya qəbul imtahanları başa çatıb

Təhsil

30 Yanvar 2014, 17:14

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemi üzrə doktoranturaya və dissertanturaya keçirilən qəbul imtahanları başa çatıb. Modern.az xəbər verir ki, hazırda müvafiq şöbələrdə araşdırma aparılır və imtahanlarla bağlı yekun nəticələr gələn həftənin sonlarında açıqlanacaq.

Qeyd edək ki, yanvarın 8-dən 29-dək 3 mərhələdə keçirilən imtahanlarda namizədlərin xarici dil, fəlsəfə və ixtisas sənnindən bilikləri yoxlanılıb. Ümumilikdə bu il fəlsəfə doktoru hazırlığı üzrə 289 nəfər sənəd verib. AMEA sistemi üzrə doktorantura və dissertantura pilləsi üzrə dərslər mart ayında başlaya bilər.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB