Modern.az

Ziya Məmmədov Nəqliyyat Nazirliyində kadr dəyişikliyi etdi

Ziya Məmmədov Nəqliyyat Nazirliyində kadr dəyişikliyi etdi

30 Yanvar 2014, 18:06


Modern.az
xəbər verir ki, yanvarın 30-da Nəqliyyat Nazirliyində nazir Ziya Məmmədovun sədrliyi ilə müşavirə keçirilib. Nazirliyin şöbə müdirləri və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bəzi kadr dəyişiklikləri nəzərə çatdırılıb. Xidmətin rəisi Çingiz Baxışev tutduğu vəzifədən azad edilərək nəqliyyat nazirinin müşaviri təyin edilib. DANX-nin rəisi vəzifəsinə isə Nazirliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Hüseyn Salamov təyin edilib.
Müşavirədə, həmçinin, sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Nazir Z. Məmmədov bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıqlar verib. Ziya Məmmədov lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınması, ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin  təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı ciddi göstərişlər verib.  

Modern.az  
Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB