Modern.az

Sürücünü tok vurub öldürdü

Sürücünü tok vurub öldürdü

1 Aprel 2025, 16:45

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Modern.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzovunu qaldırarkən 10 000 voltluq elektrik xəttinə toxunub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər