ABŞ Prezidenti Donald Tramp öz sərvətini artırıb.
Modern.az xəbər verir ki, bu barədə "Forbes" jurnalının siyahısında bildirilib.
Onun sərvəti 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artıb.
Donald Trampın sərvətinin əsas hissəsi daşınmaz əmlak təşkil edir. O, həmçinin qolf meydançalarına, dəbdəbəli malikanələrə, şərab zavoduna, eləcə də "Trump Force One" kimi tanınan 1991-ci il buraxılışlı "Boeing 757-200" təyyarəsinə sahibdir.