Modern.az

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Aparatına şikayətlərlə bağlı tapşırıqlar verib

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Aparatına şikayətlərlə bağlı tapşırıqlar verib

Təhsil

30 Yanvar 2014, 22:36


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə ki, iclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib.
Bildirilib ki, 2013-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub. 2013-cü ildə Konstitusiya Məhkəməsinə 1893 ərizə və şikayət daxil olub. Şikayətlərin 447-si Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilib, daxil olan 538 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Şikayətlərdən 760-ı üzrə vətəndaşlara izahedici məktublar çatdırılıb. Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 148 ərizəçiyə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilib və təkrar müraciət olunması hüququ izah edilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, qurumun hər bir əməkdaşı böyük məsuliyyət daşıyır.
O, Konstitusiya Məhkəməsi Aparatının müvafiq şöbələrinə vətəndaşların göndərdikləri şikayətlərin diqqətlə araşdırılması üçün tapşırıqlar verildiyini bildirib. Konstitusiya Məhkəməsinin sədri 2013-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələr verib, 2014-cü ildə görüləcək işlərdən danışmış, hakimlərin icraatında olan işlərlə bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulayəb.

İclasın sonunda iş planlarına əsasən 2014-cü ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU