Modern.az

Ştaynmayer Bakıya niyə GƏLİB...

Ştaynmayer Bakıya niyə GƏLİB...

Analitika

2 Aprel 2025, 12:24

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri davam edir. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

İlham Əliyev Almaniya şirkətlərinin bərpa olunan enerji sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. O, Ştaynmayerin səfərinin Azərbaycan-Almaniya əlaqələrini daha da möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayıb.

Almaniya Prezidenti isə Rusiya qazı ilə bağlı çətinliklər zamanı Azərbaycanın Avropaya verdiyi dəstəyə görə təşəkkür edib. O, Azərbaycanın sənaye və şərabçılıq sahələrində Almaniya ilə tarixi əməkdaşlığını xatırladıb və gənclərin Almaniyada təhsil almağa marağını müsbət dəyərləndirib.

Modern.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası Parlamentlərarası İşçi Qrupunun üzvü Azər Badamov bildirib ki, Frank Valter-Ştaynmayerin ölkəmizə prezident kimi səfəri münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır:

"Almaniya Prezidenti Frank Valter-Ştaynmayerin prezident qismində ölkəmizə birinci rəsmi səfəri olsa da ondan əvvəl XİN rəhbəri kimi ölkəmizdə bir neçə dəfə səfərdə olub. Onun əvvəlki səfərləri zamanı Almaniya ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi, keçmiş Qarabağ münaqişəsinin həll olunması və digər məsələlərlə bağlı müzakirələr aparılmışdı. İndi isə prezident kimi ölkəmizə gəlməsi ölkələrimiz arası münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Onu da qeyd etməliyəm ki, Valter-Ştaynermayerin əvvəlki səfərləri zamanı müzakirə olunan Qarabağla bağlı məsələlər Azərbaycan dövləti öz gücü ilə artıq həll edib. O vaxtlar münaqişə zonası kimi müzakirə olunan ərazilər artıq inkişaf edir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaqla həyatlarını davam etdirirlər". 

Deputat qeyd edib ki, Almaniya prezidenti Azərbaycanın regionda yaratdığı yeni reallıq fonunda regiona səfərə gəlib:

"Səfər öncəsi Valter-Ştaynermayerin rəsmi İnstagram səhifəsində olunmuş paşlaşım ölkəmizin ictimaiyyətində kəskin narazılıq yaratmışdı. Azərbaycan rəsmi şəkildə öz etirazını bildirəndən sonra paylaşım səhifədən silinmiş və bu, yanlışlıq olduğunu bildirərək xalqımızdan üzr istənilib. Təbii ki, operativ şəkildə bu məsələyə reaksiya verilməsi və səhifədən dərhal silinərək rəsmi üzr istənilməsi dövlətimizin güclü və nüfuzlu olduğunun göstəricisidir". 

O qeyd edib ki, Azərbaycan Almaniya üçün Cənubi Qafqazda maraqlı ölkədir:

"Almaniya prezidenti ölkəmizə rəsmi səfəri çərçivəsində dövlət başçımızla ikitərəfli və çoxtərəfli görüşlər keçirmiş və bir sıra görüşlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulub. Azərbaycan Almaniya üçün Cənubi Qafqazda maraqlı ölkədir. Biz siyasi sahədə olduğu kimi iqtisadi sahədə də əməkdaşlıq qura bilmişik. Bu əməkdaşlıq energetika sfetrasını da əhatə edib. Çünki, Azərbaycanın məqsədi Ermənistandan fərqli olaraq  Almaniyadan nə isə istəmək deyil, yeganə məqsədimiz ədalət üzərində qarşılıqlı fayda əsasında ölkələrarası münasibətlərin inkişaf etdirilməsidir. Bu baxımdan Valter-Ştaynmayerin ölkəmizə səfəri ölkələrimizarası münasibətlərin inkişafına və möhkəmlənməsinə yeni bir impuls verəcəyini hesab edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi