Modern.az

Kredit şərtlərindəki dəyişiklik bankların müştərilərini azaltmayıb

Kredit şərtlərindəki dəyişiklik bankların müştərilərini azaltmayıb

Təhsil

31 Yanvar 2014, 10:22

Mərkəzi Bank bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə banklara “məsuliyyətli borc vermə” prinsiplərinə müvafiq olaraq kreditlərin verilməsi sahəsində işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb. 

Bundan əlavə, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində də tədbirlər davam etdirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən banklarda istehlakçılara kredit məhsullarının şərtləri ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması üzrə tələblər sərtləşdirilir. Mərkəz Bankın kredit şərtlərində dəyişiklik etməsindən sonra vəziyyətlə maraqlanmaq üçün bir neçə bankla əlaqə saxladıq:

Beynəlxalq Bankın məlumat mərkəzindən Nərgiz Musazadənin Modern.az saytına dediyinə görə, Mərkəzi Bankın kredit şərtlərində dəyişiklik etməsi bankda hər hansı narazılığa səbəb olmayıb. “Bu, bizim müştərilərimizin sayına təsir etməyib”.

“Unibank”ın əməkdaşı İnci Nurəliyeva bildirdi ki, Mərkəzi Bank əslində qadağa qoymayıb: “Sadəcə, müştərilərimizdən arayış tələb olunur. Arayış təqdim edə bilirlərsə, biz  hesabdan çıxarış istəyirik. Mütləq olaraq təsdiqləyici sənəd olmalıdır. Ancaq bu şəkildə əmək haqları təsdiq edilir. Depozitləri varsa, digər bankdan hesabdan çıxarış gətirməlidirlər. Bunun əsasında xüsusi olaraq, azalma hiss olunmur. Müştərilərimiz həmişə var. “Unibank” artıq reytinqə malik olduğundan müştərilərini itirmir”.

“AG bank”ın əməkdaşı bildirdi ki, bu bankın daxili işi olduğundan suala cavab verə bilməz.

“Accsses bank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Nigar Məmmədova əlində hər hansı rəqəmlər olmadığından açıqlama verə bilməyəcəyini bildirdi.

Ümumiyyətlə, “Əmrahbank” olaraq bu qərardan əvvəl də arayış tələb etmişik. Bu səbəbdən də müştərilərimizin sayı azalmayıb. Heç bir dəyişillik yoxdur”. Bunu bankın işçisi Elmira Vəliyeva deyib.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU