Modern.az

Azərbaycanda plastik kartların sayı 20 milyonu keçdi

Azərbaycanda plastik kartların sayı 20 milyonu keçdi

İqtisadiyyat

2 Aprel 2025, 17:34

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 273 min ədəd artaraq 20 milyon 239 min ədəd təşkil edib.

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16,7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.2%, kredit kartları üzrə 0.1% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

2025-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,133 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,210 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 918 mln. manatı POSterminallar, 3.3 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 7.1%, POS-terminalların sayı 37.4% artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər