“Qarlı və çovqunlu hava şəraiti hələlik təyyarə reyslərinə təsir etməyib. Təyyarələrimiz öz qrafikləri ilə uçurlar”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Hava Yolları (AZAL) Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri məhərrəm Səfərli deyib. O qeyd edib ki, bu gün artıq Naxçıvan, Gəncə, İstanbul, paris və Türk Hava Yollarının İstanbul reysləri yola salınıb.
“5-10 dəqiqə xırda ləngimələr olur. Amma ümumiyyətlə heç bir reys təxitrə salınmayıb və təyyarələr qarafiklə uçurlar. 1 saatdan sonra nə olacağını demək olmaz. Bəlkə elə çovqun oldu ki, pilot görüntünü görməyəcək və reyslər təxirə salınacaq. Amma hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Texnikalarımızla təyyarələrin uçuş-enmə zolaqları davamlı olaraq təmizlənir”.
Aytən ƏLİYEVA