Modern.az

İranda müharibə hazırlıqları BAŞLADI

İranda müharibə hazırlıqları BAŞLADI

Dünya

2 Aprel 2025, 23:34

İran ABŞ-yə qarşı müharibə hazırlığına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi ölkə hökumətinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Tehran hava məkanını bağlayır, eyni zamanda bütün ordusunu ən yüksək hazırlıq səviyyəsinə keçirir.

 

Agentlik qeyd edib ki, İran qüvvələri hadisələrin istənilən inkişafına hazırdır.

 

Qeyd edək ki, martın 30-da ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombalamaqla hədələyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu