Modern.az

Qazaxda ağır qəza - 2 nəfər ölüb, 2-si yaralanıb

Qazaxda ağır qəza - 2 nəfər ölüb, 2-si yaralanıb

Təhsil

31 Yanvar 2014, 10:54

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gecə Qazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus “BMW” markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıbr. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU