Modern.az

Məktəblərdə dərslər pozuldu – Təhsil Nazirliyi

Məktəblərdə dərslər pozuldu – Təhsil Nazirliyi

Təhsil

31 Yanvar 2014, 10:57

"Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar olaraq məktəblərdə davamiyyətlərin azalması müşahidə olunur". 
Bunu ANS-ə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov söyləyib.

O, qeyd edib ki, Bakıdakı məktəblərdə qarın yağması ilə əlaqədar olaraq şagirdlərin əksəriyyəti dərsə gəlməyib: "Qarla bağlı məktəblərdə problemlər var. Bu da davamiyyətə mənfi təsir edir. Bakı şəhərində qarla əlaqədar olaraq tamamilə bağlanan məktəb yoxdur. Qarşıdakı günlər qeyri-iş günləri olduğu üçün dərs keçirilməyəcək. Bu iki gündə də qar yağsa da təbii ki, qeyri-iş günü ilə əlaqədar olaraq dərs olmayacaq. Qar yağması ilə əlaqədar olaraq dərsə gedə bilməyənlər üzürlü hesab olunacaq".

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU