Modern.az

Van Damma ittiham elan edildi: adı qadın alverində keçir

Van Damma ittiham elan edildi: adı qadın alverində keçir

Dünya

3 Aprel 2025, 12:00

Rumıniyada dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Damma cinayət ittihamı elan edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı məşhur aktyor insan alverinə və cinsi istismara məruz qalan qadınların xidmətindən istifadə etməkdə ittiham olunur. 

İddiaya görə, hadisə bir neçə il əvvəl Fransanın Kann şəhərində baş verib.

Qeyd olunur ki, Rumıniyadakı “Kasta Morrely” adlı agentliyin sahibi olan iş adamı Morel Bolya Van Damm üçün qadınların seçimini təşkil edib.

Aktyora insan alverinə məruz qalan 5 rumıniyalı qadının "hədiyyə" olunduğu bildirilir.

Hazırda Rumıniya prokurorluğu məsələ ilə bağlı istintaq aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI