Modern.az

Polis Bakıda əməliyyat keçirdi - Külli miqdarda heroin və tiryək aşkarlandı

Polis Bakıda əməliyyat keçirdi - Külli miqdarda heroin və tiryək aşkarlandı

Aktual

3 Aprel 2025, 11:56

Nərimanov rayonunda polisin keçirdiyi əməliyyat zamanı 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Tohid İbrahimov və İlkin Vəliyev saxlanılıblar. Tohid İbrahimovdan 2 kiloqram 204 qram heroin, marixuana, tiryək, metamfetamin və 50 ədəd metadon həbi götürülüb.

Digər əməliyyat zamanı saxlanılan 23 yaşlı İlkin Vəliyevdən isə 1 kiloqram narkotik vasitə olan tiryək aşkarlanıb. Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə, Nərimanov rayonunda ilin əvvəlindən polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 66 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə 22 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb. Ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!