“Məleykə Bayramlının vəziyyəti ağır, stabil olaraq qalır. Heç bir dəyişiklik yoxdur”. Bunu Modern.az-a 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib.
Xatırladaq ki, yanvarın 30-da səhər saatlarında 20 yaşlı Məleykə Bayramlı Səbail rayonu ərazisində özünü yandıraraq intihara cəhd edib. Modern.az saytının əldə etdiyi məlumata görə, gənc qız sevdiyi oğlan tərəfindən aldadılandan sonra intihara əl atıb. Qeyd edək ki, həmin oğlan barəsində hələ ki heç bir məlumat yoxdur.
Gülşən Raufqızı