Modern.az

Yanacaq daşıyan maşın aşdı: partlayış təhlükəsi - VİDEO

Yanacaq daşıyan maşın aşdı: partlayış təhlükəsi - VİDEO

Aktual

3 Aprel 2025, 12:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Modern.az FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!