Modern.az

Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT

Bakı Metrosunda yüksək vəzifəyə TƏYİNAT

Ölkə

3 Aprel 2025, 14:14

“Bakı Metropoliteni” QSC-də yeni təyinat olub.

Modern.az-ın məlumatına görə, Cəmilə Hidayət qızı Xəlilova “Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmilə Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın “Chartered Institute of Professional Development”də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə “Nobel Energy” şirkətlər qrupuna daxil olan “Prokon EPC” şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb.

Hazırda “Selinus University of Sciences”də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun “Fellow Chartered” üzvüdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu