“Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejimində işləyir. Əlavə maşın-mexanizmlər ayrılıb. Növbətçilik sistemi yaratmışıq”. Bunu Modern.az-a “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib: “Bütün rayonlarda əhalinin elektriklə təminatında problem yaranmaması üçün əməkdaşlarımızın sayını artırmışıq. Fərdi qaydada problem yaranarsa, vətəndaşlar 199-a zəng edə bilərlər. Doğrudan da qışa hazırlığımız öz bəhrəsini verir. Bir neçə ətraf kənd, qəsəbədə cüzi problemlər yaranıb, lakin tezliklə aradan qaldırılacaq. Güclü külək nəticəsində yaranmış problemlərdir. Həmin ərazilər Binəqədi rayonun Sulutəpə qəsəbəsi, kənd Binəqədi və Keşlə ərazisidir”.
Gülşən Raufqızı