Modern.az

Türkiyəni sarsıldan cinayətdə adı keçənlərə 137 il iş istənilir

Türkiyəni sarsıldan cinayətdə adı keçənlərə 137 il iş istənilir

Təhsil

31 Yanvar 2014, 12:36


Türkiyəni sarsıdan 17 dekabr sui-istifadə və rüşvət əməliyyatını icra edərkən İstanbul Respublika Baş prokuroru Haydı Salihoğlu tərəfindən işdən uzaqlaşdırılan Cəlal Quru iddianaməni tamamlayıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, adlarını qadağan səbəbi ilə çəkə bilmədiyimiz şübhəlilərə yüzlərlə il istənib. Prokurorluq qaynaqlarından əldə edilən məlumata görə, siyasətçilər, iş adamları və bürokratların da adının keçdiyi istintaqla əlaqədar Cəlal Qurunun hazırladığı 2 ayrı iddianamə önümüzdəki həftə məhkəməyə təqdim ediləcəkdi. Ancaq materiallar prokurorlardan alındığı üçün iddianamə ortada qalıb. İddianamədə haqlarında həbsqətimkan tədbiri çıxarılan şübhəlilər üçün yüzlərlə ili bulan həbs cəzaları istəndiyi bildirilir. İstanbulun yeni Respublika Baş prokuroru Haydı Salihoğlunun "əsaslı dəyişikliklər edəcəyəm" şərhinin ardından yeni iş təlimatı ilə Cəlal Quru və Məmməd Üzgəcin 17 dekabr rüşvət və sui-istifadə istintaqının materiallarının alınmasının ardından gözlər istintaqa çevrilib. Prokurorluq qaynaqlarından alınan məlumatlara görə, 15 şübhəli haqqında iddianamə hazırlanıb. İddianamədə bir iş adamının 100-ə yaxın rüşvət alıb-vermə hadisəsinə qarışdığı ifadə edilib. İddianamədə rüşvət trafikinin mərkəzində yar aldığı irəli sürülən bir şübhəli üçün 336 ilə qədər, bir başqa şübhəliyə də 137 ilə qədər həbs cəzası istənilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU