Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Modern.az