Modern.az

İddia: Hakim partiyadan 70 deputat istefa verəcək

İddia: Hakim partiyadan 70 deputat istefa verəcək

Təhsil

31 Yanvar 2014, 13:44


Türkiyənin tanınmış din xadimi Fəthullah Gülənin yeni səs kasetləri yayılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, kasetlərdəki bəzi hissələr fırtınalar qoparıb.

Yenə kasetlərdə Gülənə xidmət edən bir adam arasında keçdiyi iddia edilən danışıqlarda  iş adamlarının da adı keçir. Daha əvvəlki kasetlərdə yer alan “ananas” hədiyyəsindən sonra bu dəfə də “təsbeh” hədiyyəsi ictimai medianı silkələyib.

Yeni səs qeydlərindəki gündəmi silkələyən bomba isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə əlaqədardır. Danışıqlarda 70-ə qədər millət vəkilinin AKP-dən istefa verəcəyi irəli sürülərkən, yeni bir partiyanın qurulacağından danışılır. Qurulacağı bildirilən yeni partiyanın səslərin 30 faizini götürəcəyi, yalnız camaatın səsinin isə 7 faiz ətrafında olduğu iddia edilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU