Daxili İşlər Nazirliyi 4 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. Məlumata görə, yanvarın 30-da saat 22 radələrində Ağstafa rayonu Qarahəsənli kəndinin ərazisində Füzuli rayon sakini Elnur Əliyev idarə etdiyi "BMW" markalı avtomobili körpüdən aşırıb. Sürücü və sərnişinləri - Ağsu rayon sakini Nail İsayev, Düz Qışlaq kənd sakinləri Alı Mehrəliyev və Alqayıt Abbasov hadisə yerində ölüblər.
Modern.az