Modern.az

Bərzani İlham Əliyevə məktub göndərdi

Bərzani İlham Əliyevə məktub göndərdi

Aktual

4 Aprel 2025, 18:37

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri.

 

Müqəddəs Ramazan bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Qoy bu mübarək bayram ölkənizə və dünyada yaşayan bütün müsəlmanlara davamlı xoşbəxtlik, firavanlıq, əmin-amanlıq gətirsin!

 

Ramazan bayramı təfəkkür, şükür, ruhən yenilənmə bayramıdır və bu kimi dəyərlər bizi birlik, qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyət göstərməyə ruhlandırır.

 

Mən yaxın əməkdaşlığımızın davam edəcəyinə və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə ümid edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu