Modern.az

Horadizdə işğal dövrü dağıdılmış daha bir küçənin açılışı oldu

Horadizdə işğal dövrü dağıdılmış daha bir küçənin açılışı oldu

Təhsil

31 Yanvar 2014, 15:33

Bu gün Horadiz şəhərində işğal dövrü dagıdılmış daha bir küçənin əsaslı təmir və bərpadan sonra açılışı olub. Modern.az-ın məlumatına görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, rayonda görülən tikinti quruculuq işlərindən danışıb. Bildirib ki, uzunluğu 2 km olan küçə müasir dizayna uyğun bəzədilib, geniş abadlıq-quruculuq işləri aparılıb, elektrik kabelləri yeraltı sistemlə çəkilib, müasir elektrik dirəkləri quraşdırılıb, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Bir qrup şəhər sakini danışıb, diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, hazırda şəhərin başqa küçələrində təmir və bərpa işləri aparılır. Tədbirdə 200-250 nəfər iştirak edib.





 
Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU