Modern.az

Azərbaycanlılar Kazanda aksiya keçirirlər

Azərbaycanlılar Kazanda aksiya keçirirlər

Təhsil

31 Yanvar 2014, 15:59


Tatarıstan Respublikasının paytaxtı Kazanda topdansatış bazarının bağlanmasına etiraz edən Azərbaycan vətəndaşları aksiya keçirirlər. Modern.az saytı Rusiya KİV_nə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin, Rusiya İstehlakçılara Nəzarət İdarəsinin və Ekologiya Nazirliyinin planlaşdırılmamış yoxlaması zamanı bazarın fəaliyyətində ciddi nöqsanlara aşkarlanıb. Bundan sonra yanvarın 29-da Kazanın Yeni Savinovski rayon məhkəməsi 1 nömrəli topdansatış bazarının bağlanması haqda qərar verib. Kazandakı Azadlıq meydanında bu gün keçirilən aksiyada 60-a yaxın adam iştirak edir. Onlar Tatarıstanın baş naziri İldar Xalikova məktub yazaraq bazarın bağlanması ilə bağlı situasiyanı araşdırmağı xahiş ediblər. İş adamlarının fikrincə, bazarın başlanması həm onlar, həm də rəhbərlik üçün gözlənilməz olub. Bugünkü aksiyadan sonra fevralın 4-də böyük mitinqin keçirilməsi qərara alınıb. Bazarda ümumilikdə 300-dən çox adamın işlədiyi, onların böyük hissəsinin azərbaycanlılar olduğu bildirilir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU