Modern.az

"Niva" yük maşınına çırpıldı - Yaralılar var

"Niva" yük maşınına çırpıldı - Yaralılar var

Hadisə

7 Aprel 2025, 00:22

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağsu–Kürdəmir yolunun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Modern.az xəbər verir ki, minik avtomobili Ağsu istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sürücü və iki sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər