Bu gün 2 fevral Gənclər günü ilə bağlı Horadiz şəhərindəki Mədəniyyət sarayında tədbir keçirilib. Tədbirdə Füzuli rayonun bütün yaşayış məntəqələrindən 200 nəfər gənc fəal iştirak edib.
Modern.az-ın məlumatına görə, tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək qoyublar.
Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev “Gənclər Azərbaycanın gələcəyidir” adlı məruzə edib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, əsası görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Çıxış edən gənclər diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyələr təqdim olunub.
Rayon gəclərinin prezident İlham Əliyevə müraciəti qəbul olunub. Sonda bədii proqram olub.