Modern.az

MDB-nin ortaq tarixi: “Onu erməni alimi Zuqaryana tapşırıblar”

MDB-nin ortaq tarixi: “Onu erməni alimi Zuqaryana tapşırıblar”

Təhsil

31 Yanvar 2014, 16:46


Rusiya prezidenti Vladimir Putin MDB-nin ortaq tarix kitabının yazılması göstərişi verib. Artıq Rusiya Elmlər Akademiyasının rəhbərliyi ilə bu iş digər MDB ölkələrinin alimlərinin iştirakı şərtiylə həyata keçirilir. Obyektivlik burada nə dərəcədə olacaq? Görəsən, MDB ölkələrinin, xüsusən də Azərbaycanın üzləşdiyi problemlər, o cümlədən Qarabağın işğalı bu kitabda öz əksini tapacaqmı?

AMEA Tarix İnstitutunun direktor müavini tarix elmlər namizədi Cəbi Bəhramov Modern.az-a verdiyi açıqlamada ortaq tarix hazırlanarkən məhz, obyektiv tarixin yazılmamasından nigarandır. Onun buna əsası var. Çünki özünün də qeyd etdiyi kimi ortaq tarixin yaradılması erməni alimi Zuqaryanın rəhbərliyi ilə həyata keçəcək.

“Rusiya Elmlər Akademiyası MDB ölkələrinin ortaq tarixini yaratmaq üçün bir araya gəldilər. Özü də bu işə rəhbərlik etmək üçün bir rus tapmayıb, erməni Zuqaryana tapşırdılar. Özüm 2007-ci ildə bu görüşlərin birində iştirak etmişəm. Müzakirə zamanı onların bir yox, bir neçə məsələsinə kəskin şikayətimi bildirmişəm. Buna görə məndən şikayət də ediblər. Amma mən həqiqəti demişəm. Belə bir tarixin yazılmasına mən bir şərtlə razıyam: tarix necə var elə də çap olunmalıdır.

2013-cü ildə keçmiş SSRİ məkanında olan xalqların tarixindən bəhs edən materiala baxdım. Ən çox yer də Azərbaycana verilmişdi. Məsələ ondan ibarət idi ki, ruslar tarixçilərimizdən narazılıq edirdilər ki, nəyə görə X əsrdən etibarən ta bu günə kimi Rusiyanı təcavüzkar kimi qələmə vermisiniz. Dedim ki, bu iddianın əsası yoxdur. Biz tarixi necə var elə də veririk. X əsrin ortalarında ruslar Kürün Xəzərə töküldüyü yerdən Bərdəyə qədər bütün əhalini talan və qarət edibsə bunu necə yazmaya bilərik?! Yaxud 1722-ci ildə Dərbəndin top atəşinə tutulmasını ondan bir il sonra Bakının gülləbaran edilməsini necə verməliyəm?! Gəncənin 1804-cü ildə bir həftə ərzində qanına qəltan etməsi barədə əmri verən çarı mən necə verməliyəm ki?! Sonra bu millətin üzünə necə çıxa bilərik? Biz tarixdə nə baş veribsə onu da yazmışıq.

MDB ölkələrinin də ortaq tarixinin yazılmasına narazılıq etmirəm. Amma necə varsa, elə də yazılsın. Lakin ruslar və onların erməni, belorus, eləcə də Ukrayna tarixçiləri tarixdə nə olubsa onu da yazsınlar. Əgər Azərbaycan tarixçiləri bu gün rusların ermənilərdən istifadə edərək öz işğalçı siyasətlərini həyata keçirmələrini yazsa, onlar bunu verəcəklərmi? Yaxud Leninin sifarişi ilə 1918-ci il soyqırımının törədildiyini yazsaq verəcəklərmi? Təbii ki, yox.

Putinin sərəncamı ilə Rusiya arxivlərindən yaşı 100-ə çatmamış materiallardan istifadə qadağan edilib. Bu da məqsədli şəkildədir. Putin özü gözəl başa düşür ki, İvan Qrozni zamanından ta SSRİ süqut edənə qədər Rusiya deyilən dövlət həmin müstəmləkələrin hesabına yaşayır. İndi həmin. Görürsüzmü, Ukraynanın başına nə oyun açırlar? Burada məqsəd nüfuz amilini qoruyub saxlamaqdır“, – deyə tarixçi-alim qeyd edib.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU