Modern.az

Səfirlər müdafiə naziri Zakir Həsənovla niyə görüşürlər? - ŞƏRH

Səfirlər müdafiə naziri Zakir Həsənovla niyə görüşürlər? - ŞƏRH

Təhsil

31 Yanvar 2014, 17:27

“Müdafiə nazirinin səfirlərlə görüşlərinin Qarabağ cəbhəsində mümkün müharibənin başlanması ehtimalı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, Zakir Həsənov yeni təyin olunduğundan başqa dövlətlərin səfirləri onunla görüşmək istəyindədirlər”.

Bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov son zamanlar müdafiə naziri Zakir Həsənovun xarici ölkə səfirləri ilə intensiv görüşlərini şərh edərkən bildirib:

“Nazir artıq 3 aydır bu vəzifədədir. Bu üzdən bir çoxları onunla görüşüb, fikirlərini almaq istəyir”.

Ekspert bildirib ki, hər bir dövlətin Azərbaycana xüsusi yanaşması olduğundan tanışlıq xarakteri daşıyan görüşlərin keçirilməsi normaldır:

“Düşünmürəm ki, müharibə vəziyyətində olan ölkənin müdafiə naziri müharibə mövzusunu müzakirə etməkdən ötrü xarici ölkə səfirləri ilə görüşsün. Səfirlər həmin görüşlərdə torpaqların işğal altında olması ilə bağlı öz narazılıqlarını dilə gətirir. İşğalçı dövlətə həmin o dövlətlərin təsir göstərə bilib-bilməyəcəyi ilə bağlı fikirlər səsləndirirlər”.

Ü. Cəfərovun fikrincə, Azərbaycan müharibəyə başlasa, heç kimdən icazə almayacaq:  

“Çünki ölkəmizin müharibəyə başlaması üçün BMT-nın 4 məlum qətnaməsi əsas şərtdir. Həmin qətnamədə də göstərilib ki, Azərbaycan əraziləri qeyd-şərhsiz azad olunmalıdır. Yəni ermənilər torpaqlarımızı boşaltmalıdır”.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU