Modern.az

““Yuğ”un bağlanması haqda xəbər cəfəngiyatdır” - Teatr direktoru

““Yuğ”un bağlanması haqda xəbər cəfəngiyatdır” - Teatr direktoru

Təhsil

31 Yanvar 2014, 17:56

“Yuğ Teatrının bağlanması haqda xəbər kimlərinsə uydurmadır. Kimə və nəyə istinad edirlər. Əgər belə bir məsələ olsaydı ilk növbədə bunu mən bilərdim. Üstəlik, bu cür qərarı yalnız Mədəniyyət və Turizm Nazirliyi verə bilər. Kİmlərinsə öz “mətbəxində bişirdiyi” xəbərə inanmağa dəyməz”.
Bunu Modern.az-a  Yuğ Teatrının direktoru Tərlan Rəsulov deyib.

Qeyd edək ki, bu gün internet mediasında “Yuğ” Teatrının bağlanılması və onun Akademik Milli Dram Teatrı ilə birləşdirilməsi haqda məlumatlar yer alıb.

Azərbaycan Dövlət “Yuğ” Teatrının əsası 1989-cu ildə Vaqif İbrahimoğlu tərəfindən qoyulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU