Modern.az

Valideynləri Anar Məmmədli ilə görüşüblər

Valideynləri Anar Məmmədli ilə görüşüblər

Təhsil

31 Yanvar 2014, 18:06


Bu gün Bakı İstintaq Təcridxanasında saxlanan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə valideynləri görüşüblər. Modern.az-ın xəbərinə görə, bu barədə Anar Məmmədlinin atası Asəf Məmmədov məlumat verib. Atası Anar Məmmədlinin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, bu A.Məmmədli həbs ediləndən sonra valideynlərinin onunla ilk görüşüdür.

Xatırladaq ki, Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu və onun dərhal azad edilməsini bildirirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU