Modern.az

21 yaşlı Aytac bir həftədir TAPILMIR

21 yaşlı Aytac bir həftədir TAPILMIR

Dünya

8 Aprel 2025, 09:52

Kür çayında itkin düşdüyü ehtimal edilən azərbaycanlı qız hələ tapılmayıb.

Modern.az-ın məlumatına görə, Gürcüstanda yaşayan 21 yaşlı Aytac Məmmədovanın aprelin 1-də Kür çayında batdığı bildirilir.

Qardabani rayonunun Kosalı kəndindən olan gənc qızın axtarışları 1 həftədir davam edir. Onun əşyaları Kür çayının sahilində tapılıb.

Aytacın ailə üzvləri axtarış işlərinin yetərli olmamasından narazıdır.

1427056

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi