Modern.az

39 yaşlı qadın parkda öldürüldü - Əri saxlanıldı 

39 yaşlı qadın parkda öldürüldü - Əri saxlanıldı 

Hadisə

8 Aprel 2025, 10:56

Bakıda qətl törədilib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında qadın bıçaqlanaraq qətlə yetirilib.

Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.

Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?