Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavabları bu həftənin sonuna elan olunması gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov məlumat verib.
O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə növbəti həftənin sonu məlum olacaq.
"Müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilir", - deyə o qeyd edib.
Qeyd edək ki, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb.