Modern.az

Kəmaləddin Heydərov 9 bölgənin sakinləri barədə tapşırıq verdi

Kəmaləddin Heydərov 9 bölgənin sakinləri barədə tapşırıq verdi

Təhsil

1 Fevral 2014, 00:19


Yanvarın 31-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu keçirib.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadənn xəbər verir ki, nazir tərəfindən qəbul edilən 32 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 280, digər məsələlərlə bağlı müraciət etmiş 145 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU