Modern.az

"Azdrama"da dava - Teatr səbəbi AÇIQLADI

"Azdrama"da dava - Teatr səbəbi AÇIQLADI

Mədəniyyət

8 Aprel 2025, 12:23

Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib.

Davanın teatrın Bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.

Modern.az məsələ ilə əlaqədar Teatrla əlaqə saxlayıb.

Teatrın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb. 

"Aktyorlar arasında olan qeyd olunan fakt iclasdan kənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır", - açıqlamada qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu