Modern.az

Vətəndaşların 67 min manatı kiberdələduzluqla talanıb

Vətəndaşların 67 min manatı kiberdələduzluqla talanıb

Aktual

8 Aprel 2025, 12:12

Vətəndaşların 66 997 manatı kiberdələduzluqla talanıb.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:

"Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü