Modern.az

Ən çox milyonçunun yaşadığı şəhərlər - SİYAHI

Ən çox milyonçunun yaşadığı şəhərlər - SİYAHI

Dünya

8 Aprel 2025, 18:37

Dünyada ən çox milyonçunun yaşadığı şəhər yenidən Nyu-York olub.

Modern.az bu barədə Beynəlxalq "Henley & Partners" şirkətinin tərtib etdiyi illik reytinqə istinadən xəbər verir.

Reytinqə əsasən, bu şəhərdə sərvəti ən azı 1 milyon dollar olan 384,5 min varlı şəxs yaşayır. Onların arasında 818 nəfər yüz milyonlarla dollar sərvətə sahibdir, 66 nəfəri isə milyarderdir.

Siyahının ikinci pilləsində yerləşən San-Fransiskoda 342 min varlı şəxs yaşayır və milyarder sayı Nyu-Yorkdan da çoxdur – 82 nəfər. İlk onluqda yer alan digər şəhərlər bunlardır:

Tokio – 292,3 min

Sinqapur – 242,4 min

Los-Anceles – 220,6 min

London – 215,7 min

Paris – 160,1 min

Honqkonq – 154,9 min

Sidney – 152,9 min

Çikaqo – 127,1 min

Moskva 30 min milyonçusu və 23 milyarderi ilə 40-cı pillədə qərarlaşıb. Reytinqin müəllifləri qeyd edirlər ki, son on ildə London və Moskva milyonçuların sayında ciddi azalma ilə fərqlənib. Belə ki, Londonda bu göstərici 12%, Moskvada isə 25% azalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi