Modern.az

İsa Qəmbər yeni seçki bloku yaratmaq üçün danışıqlar aparır

İsa Qəmbər yeni seçki bloku yaratmaq üçün danışıqlar aparır

1 Fevral 2014, 13:11

“Məhkumluğum olduğuna görə seçkidə iştirak edə bilmərəm. Hamının məhkumluğunu götürüblər, məndən başqa. Bu çətinliyə baxmayaraq, partiya seçkidə iştirak edəcək”.

Bunu Modern.az-a Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) Təşkilat Komitəsinin sədri, İsgəndər Həmidov deyib. O, seçkilə ilə bağlı partiyalarla danışıqların aparıldığını qeyd edib: “Müsavat Partiyası ilə danışıqlar gedir. Kimin harada namizədliyini verməsini müəyyənləşdirəcəyik. Çalışacağıq ki, vahid namizədlə iştirak edək. Bu, təkcə Müsavat Partiyasına aid deyil, bütövlükdə müxalifət düşərgəsini nəzərdə tuturam. Bu, partiyalarla razılaşmadan asılıdır. Danışıqları mən aparmıram, mənimlə aparırlar. Seçki ilə bağlı danışıqları İsa Qəmbər aparır, başqalarının adını isə açıqlaya bilmərəm. Zamanında açıqlanacaq”.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi