Modern.az

3 idmançımız Avropada medal qazandı

3 idmançımız Avropada medal qazandı

İdman

8 Aprel 2025, 23:50

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.

 

Modern.az xəbər verir ki, İslam Bazarqanov (57 kiloqram) bolqarıstanlı İvaylo Tisovla görüşdə çətinlik çəkmədən tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.

 

Əli Rəhimzadə (65 kiloqram) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb. Kənan Heybətov (70 kiloqram) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabı ilə məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.

 

Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər