Modern.az

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ CAVAB

Açıq sualın cavabı qaralanarsa, bal azaldılırmı? - RƏSMİ CAVAB

Təhsil

9 Aprel 2025, 00:17

“Abituriyentlər açıq tipli sualları cavablandırarkən müəyyən səhvlər edə bilərlər. Əgər onlar yanlış cavabın üzərindən xətt çəkib, yaxud qaralama edib düzgün cavabı yazsalar, həmin suala görə bal azaldılmır”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, əsas məqsəd düzgün cavabı tələb edilən formada qeyd etməkdir. 

 

“Təbii ki, abituriyent açıq suala cavabı elə formada yazmalıdır ki, markerlər tərəfindən oxunula bilsin. Onu da qeyd edim ki, bu yalnız açıq tipli suallara aiddir”- deyə X.Xanlarzadə əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi