Modern.az

Tağı Əhmədov-66: “Badamlı”nın fəhləsi – metronun rəisi

Tağı Əhmədov-66: “Badamlı”nın fəhləsi – metronun rəisi

Təhsil

1 Fevral 2014, 17:42

Modern.az saytının məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bu gün ad gününü qeyd edir, onun 66 yaşı tamam olub.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.

1998-ci ildən etibarən Azərbaycan Resbulikası Prezidentinin sərəncamı ilə Bakı Metropoliteninin rəisi işləyir.

“Fəxri Dəmiryolçu” və “Bakı meropoliteni veteranı” döş nişanları ilə mükafatlandırılıb. Texnika elmləri namizədi elmi dərəcəsi var.

Prezidentin fərmanı ilə “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühədisi” fəxri adı və nişanı ilə təltif edilib.

Evlidir, 2 oğlu var. .

HakimYeni Azərbaycan Partiyasında Yasamal rayon təşkilatının sədr müavini olan Tağı Əhmədov,  həm də Azərbaycan Dama Federasiyasının vitse-prezidentidir.

Azərbaycanda yüksək vəzifələr tutan məmurlar arasında ədəbiyyata, incəsənətə maraq göstərən, mahnı bəstələyən, şeir yazan şəxslar var. Bu sıradan olan yüksək çinli məmurlardan biri də Tağı Əhmədovdur. Yəqin çoxları Tağı müəllimin ədəbiyyat həvəskarı, şeir yazması barədə məlumatlıdır.

16 ildir metro sahəsində rəhbər şəxs 66 yaşlı Tağı Əhmədov Tağı Sadiq imzası ilə şeirlər də yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...

Rejissor Elnaz Əbluçun çəkdiyi "İlham alıram" klipində xalq artisti Mələkxanım Əyyubovanın ifaları altında Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işlərinin geniş vüsət almasından bəhs edilir. Bu klipin musiqi müəllifi, tanınmış tarzən, xalq artisti Zamiq Əliyevdir. Klipin sözlərinin müəllifi isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdur (Tağı Sadiq).

2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.

Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur. 
Ölkənin birinci xanımının şərəfinə ekranlaşdırılan “Elin Mehriban qızı” musiqili klipində Bakı Metropoliteninin rəisinin yaradığılıq payı var. Klipdə səslənən mahnının sözləri Tağı Əhmədova məxsusdur.

Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırırlar. Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

Tağı Sadiqin yaradığılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.

Tağı müəllimin özü Məmməd Araz yaradıcılığının vurğunu olduğunu deyir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU