Modern.az

İlham Əliyevin tələbə yoldaşı: “O, hələ tələbəlik illərində liderlik keyfiyyətlərinə malik idi”

İlham Əliyevin tələbə yoldaşı: “O, hələ tələbəlik illərində liderlik keyfiyyətlərinə malik idi”

Təhsil

1 Fevral 2014, 19:26


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatlatçığı ilə fevralın 1-də “Auditoriyada səfirdir” layihəsinə start verilib. Gənclər gününə həsr olunmuş ilk tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Layihə çərçivəsində gənc diplomatların ilk qonağı Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Aycigit Buranov olub.

Tədbiri giriş sözü ilə açan AGDB-nin baş katibi Eltun İbrahimov Layihənin mahiyyəti haqqında məlumat verərək  il boyu müxtəlif ölkələrin  səfirləri ilə görüşlər keçiriləcəyini vurğulayıb. Eltun İbrahimov səfiri gənc diplomatlara təqdim edərək qeyd edib ki, qonaq 39 illik diplomatik xidmət təcrübəsinə malik bir şəxs, bir diplomatdır. Baş katib xüsusi olaraq qeyd edib ki, cənab səfir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Prezident İlham Əliyevin tələbə yoldaşı olub.

Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər namizədi, professor Elman Nəsirov cənab səfirin tərcümeyi-halı haqqında qısa məlumat verib və onun diplomatik fəaliyyətinin bir sıra mühüm istiqamətləri üzrə fikirlərini paylaşıb. Moderator xüsusi olaraq vurğulayıb ki, Azərbaycan- Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq  xarakteri kəsb edir və əməkdaşlığın dahada genişlənməsinin böyük imkan və potensialı var. Daha sonra söz səfirə verilib.

Səfir gənclər günü münasibəti ilə gənc diplomatları təbrik edərək, diplomatik xidmət, diplomatın keyfiyyətləri, diplomatın vərdiş və bacarığı, protokol qaydaları və digər sahələr üzrə nəzəri və praktiki xarakterli fikirlər səsləndirib. Azərbaycanda həyata keçirdiyi diplomatik missiyasının məmnun qaldığını bildirib. Azərbaycanın son 10 ildə analoqu olmayan inkişaf tempi nümayiş etdirdiyini qeyd edib. İnkişafın Azərbaycan modelinin bir çox ölkələr, o cümlədən Qırğızıstan üçün bir nümunə olduğunu vurğulayəb. O, Azərbaycan –Qırğızıstan prezidentlərinin şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına güclü təsir etdiyini diqqətə çatdırıb. Cənab səfir öz çıxışında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik illərinə toxunarkənAzərbaycan Prezidenti İlham Əliyevin tələbə yoldaşı olduğundan fəxr etdiyini qeyd edib. Hələ tələbəlik illərində belə, İlham Əliyevin liderlik keyfiyyətlərinə malik olduğunu hiss etdiklərini bildirib. Cənab prezidentin elmi axtarışlara və diplomatik sahəyə çox böyük həvəs və bacarığının olduğunu xüsusi olaraq vurğulayıb. Daha sonra cənab Aycigit Buranov gənc diplomatların çox saylı suallarını cavablandırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU