ABŞ Çinə qarşı yeni tariflər tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.
O bildirib ki, Birləşmiş Ştatlar Çinə qarşı ticarət tariflərini dərhal 125%-ə qaldırır.
"Çinin qlobal bazarlara hörmətsizliyinə görə, mən ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal 125%-ə qaldırıram", - Tramp qeyd edib.